Qanunsuz mobil telefonlar aşkara çıxarıldı

22 Noyabr 2016 17:29 (UTC+04:00)

Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

SİA-nın məlumatına görə, baxış zamanı avtomobildə idarəetmənin altında gizlədilmiş 4 ədəd "Samsung Galaxy J1 ace" markalı mobil telefon aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.