Sumqayıtda intihar hadisəsi baş verib. SİA-nın məlumatına görə, Sumqayıt şəhər Prokurorluğundan bildirilib ki, şəhər sakini, 1965-ci il təvəllüdlü Rauf Əlisəfa oğlu Cəfərov məktəbin həyətində özünü idman qurğusundan asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.