"Bavariya"da ŞOK itki: Manuel Noyer zədələndi!

22 Noyabr 2016 06:16 (UTC+04:00)

"Bavariya"nın qapıçısı Manuel Noyer zədələnib. Almaniya mətbuatının yaydığı xəbərə görə, 30 yaşlı qolkiper komandanın dünən axşamkı məşqində ayağından zədələnib. O, UEFA Çempionlar Liqasının qrup mərhələsində "Rostov"la oyunu buraxacaq. Zədəli Aryen Robben və Xavi Martinez isə, dünəndən komanda ilə birgə məşq edib.