Dəm qazından daha zəhərlənmə olub

22 Noyabr 2016 03:03 (UTC+04:00)

Dünən Şəmkirdə dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Zəyəm qəsəbə sakini, 1943-cü il təvəllüdlü Diləfruz Məcid qızı Bağırova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək Şəmkir Mərkəzi rayon xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.