Çində dünyanın ən uzun kvant rabitə xətti istismara verilib

21 Noyabr 2016 21:19 (UTC+04:00)

Çində 712 kilometr uzunluğunda dünyada ən uzun təhlükəsiz kvant rabitə xətti istifadəyə verilib. Bu xəttin çəkilişinə 3 il vaxt sərf olunub. TASS informasiya agentliyi xəbər verir ki, Şanxayla Xefey şəhərini birləşdirən həmin rabitə xətti 11 aralıq stansiyadan ibarətdir.