Kadir Neslihana görə özündən çıxdı FOTOLAR

21 Noyabr 2016 16:50 (UTC+04:00)

Kadir Doğulu və Neslihan Atagül əyləncə məkanlarından birindən çıxarkən görüntüləniblər. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Neslihan jurnalistlərdən birinin "Ən böyük arzum aslana sarılmaqdır demişdiniz" sözlərinə belə cavab verib: "Mənim aslanım yanımdadır".

Bu arada bir gül satıcısı onlara yaxınlaşaraq gül ləçəklərini aktrisanın başına səpib. Kadir əsəbiləşərək "Çaqqallıq eləmə, məni əsəbiləşdirmə" deyib. Neslihan ərini sakitləşdirərək oradan uzaqlaşıb.