Bu gün Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yaradılmasının 24-cü ildönüm qeyd olunub. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra YAP və partiyanın Binəqədi rayon təşkilatının ötən dövr ərzində fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov rayon təşkilatının yaranma tarixindən danışıb.
Tədbir hazırda davam edir.