Azərbaycanlı dizayner yeni kolleksiyasını gəlninə həsr etdi FOTOLAR

21 Noyabr 2016 13:03 (UTC+04:00)

Azərbaycanlı dizayner Yeganə Sadıqova noybrın 23-də "Azerbaijan Fashion Week" çərçivəsində özünün "Sevinc" adlı kolleksiyasını təqdim edəcək. SİA-nın məlumatına görə, dizayner bu kolleksiyasını öz gəlininə həsr edib: "Həmin kolleksiyanın bir nümunəsini bu gün təqdim edirəm. Bu fotosessiyada Jazz ifaçısı Aysel Məmmədova çəkilib. Layihədə Mariya Orucova, fotoqraflar Gülçin Məmmədova və Zaur Nəcəfbayev, stilistlər Nigar Paşayev, İlqar Kərimov işləyib. Düşünürəm ki, bəyəniləcək".