Argentinanın qərbində yerləşən San-Xuan əyalətində 6.4 maqnitudalı zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, zəlzələnin episentri San-Xuan şəhərindən 24 km məsafədə, ocağı 130 km dərinlikdə yerləşib.
Mümkün zərərçəkənlər və dağıntılar barədə hələlik məlumat yoxdur. Yeraltı təkanların qeydə alındığı San-Xuanda mobil rabitə müəyyən müddət əlçatmaz olub.
Zəlzələnin Çilinin paytaxtı Santyaqoda da hiss edildiyi, burada binaların silkələndiyi bildirilir. Argentinada zəlzələ nəticəsində Sunami yaranması imkanı istisna edilib.