Goranboy rayonunda ağır yol qəzası baş verib

21 Noyabr 2016 10:18 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboy rayonunda "KAMAZ" markalı yük avtomobilinin "MERCEDES" markalı minik avtomobili ilə toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində "MERCEDES" markalı minik avtomobilin sürücüsü 1982-ci il Nəzərov Murad Hənnan oğlu ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 3 nəfər sərnişin xəsarət alıb. "MERCEDES " markalı minik avtomobilinin yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Əməliyyat saat 02:24-də başa çatıb.