ABŞ-da güclü qar çovğunu: 3 nəfər öldü, 20 mindən çox ev işıqsız qaldı

21 Noyabr 2016 03:08 (UTC+04:00)

Birləşmiş Ştatların Minnesota ştatında saatda 112 kilometrədək güclü küləklə müşayiət olunan qar çovğunu baş verib. Təbii fəlakət nəticəsində 20 mindən çox ev işıqsız qalıb, 3 nəfər ölüb. Amerika telekanallarının məlumatına görə, cümə-şənbə günləri qar örtüyünün hündürlüyü bir sıra rayonlarda yarımmetrə çatıb. Ştatda 440 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 3 nəfər ölüb, onlarla insan yaralanıb.