Xaçmazda qadın keçmiş əri tərəfindən bıçaqlanıb

21 Noyabr 2016 02:05 (UTC+04:00)

Dünən Xaçmaz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Musayeva Sədaqət Bağır qızı bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin S.Musayevanın keçmiş həyat yoldaşı tərəfindən törədildiyi bildirilir. Fakt araşdırılır.