Bu gün Topaz Premyer Liqada 12-ci tura yekun vurulub. Qol.az-ın məlumatına görə, növbəti oyun günündə 2 görüş keçirilib. Günün ilk matçı Sumqayıtda oynanılıb. Şəhərin eyniadlı komandası "Neftçi" ilə görüşüb və 2:0 hesabı ilə qalib gəlib. Bununla da "Sumqayıt" "Kəpəz"i qabaqlayaraq turnir cədvəlində 5-ci pilləyə yüksəlib. "Neftçi" isə 12 oyundan 9-cu məğlubiyyətini alıb. Turun son oyunda "İnter" autsayder AZAL-ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
20 noyabr (bazar)
16:00."İnter" – AZAL - 3:0
Qol: Ruslan Abışov, 22-pen., İlkin Qırtımov, 56, Slavik Alxasov, 65
Qırmızı vərəqə: Brayn Fok (AZAL), 69
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov
"İnter Arena"
14:00."Sumqayıt" – "Neftçi" - 2:0
Qol: Amit Quluzadə, 3, Mirabdulla Abbasov, 75
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev
"Kapital Bank Arena"
19 noyabr
18:00."Qarabağ" – "Kəpəz" - 1:0
Qol: Dino Ndlovu, 17
15:00."Qəbələ" – "Zirə" - 1:0
Qol: Filip Ozobiç, 52
Turnir cədvəli
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qəbələ | 12 | 8 | 4 | 0 | 27-4 | 28 |
| 2 | Qarabağ | 12 | 9 | 1 | 2 | 24-5 | 28 |
| 3 | İnter | 12 | 6 | 5 | 1 | 20-11 | 23 |
| 4 | Zirə | 12 | 4 | 2 | 6 | 10-13 | 14 |
| 5 | Sumqayıt | 12 | 3 | 4 | 5 | 11-17 | 13 |
| 6 | Kəpəz | 12 | 2 | 6 | 4 | 7-11 | 12 |
| 7 | Neftçi | 12 | 3 | 0 | 9 | 9-27 | 9 |
| 8 | AZAL | 12 | 0 | 4 | 8 | 4-24 | 4 |
Bombardir: Baqali Dabo ("Qəbələ") - 7 qol