Sisiyə qarşı hazırlanan iki sui-qəsdin qarşısı alınıb

20 Noyabr 2016 19:49 (UTC+04:00)

Misirin təhlükəsizlik qüvvələri ölkə Prezidenti Əbdülfəttah əs-Sisiyə qarşı iki sui-qəsd cəhdinin qarşısını alıb. Bunu Misirin baş prokuroru Nabil Sadek bəyan edib.

Baş prokuror qeyd edib ki, biri Səudiyyə Ərəbistanında olmaqla, iki terrorçu qrup Misir Prezidentini öldürməyi planlaşdırırmış. Sui-qəsd cəhdlərindən birinin Misir Prezidentinin Məkkədə ümrə ziyarəti zamanı həyata keçirilməsi nəzərdə tutulurmuş.

Misir Hərbi Prokurorluğu tərəfindən istintaqı aparılan cinayət işi çərçivəsində onlarla şübhəli saxlanılıb.