16 yaşlı müğənninin konsertində 6 nəfər yaralandı

20 Noyabr 2016 04:23 (UTC+04:00)

Cevapsız çinlama" mahnısı ilə məşhurlaşan 16 yaşlı müğənni Aleyna Tilkinin Diyarbakırdakı konsertində bədbəxt hadisə yaşanıb. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, restoranda baş tutan konsertə gələn bir nəfər əl düzəltməsi olan partlayıcı ilə qonaqlara hücum edib. Tilkini dinləməyə gələn 6 nəfər yaralanıb. Hadisədən sonra açıqlama verən Aleynanın meneceri Melek Sarıgil partlama zamanı müğənninin yaralanmadığını deyib. Hücumu məkana girə bilməyən bir neçə adam gerçəkləşdirib. Partlama zamanı məkanın şüşələri də sınıb.