Salyanda ağır yol qəzası baş verib

12 Noyabr 2016 20:37 (UTC+04:00)

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Report xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhərində qeydə alınıb. Belə ki, şəhəri Təbriz Xəlilbəyli küçəsində yaşayan, 53 yaşlı Cavanşir Səttar oğlu Abdulayev idarə etdiyi "Vaz-2106" markalı avtomobillə hərəkət edrkən "Vaz-2107" markalı avtomobillə toqquşub. Nəticədə "Vaz-2106" markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalar aparılır.