BANM bayraqlara büründü

8 Noyabr 2016 11:02 (UTC+04:00)

Bakı Ali Neft Məktəbində (BANM) 9 noyabr - "Bayraq günü" münasibətilə BANM-in rektoru Elmar Qasımovun göstərişi ilə, Ali Məktəbin bütün auditoriyalarında ilk dərs bu tarixi günə həsr olundu. BANM-in binasının üzərində Azərbaycan bayraqları asıldı.

Dərslərdə professor-müəllim heyəti tələbələrə Azərbaycan dövlətinin rəsmi dövlət atributlarından biri olan bayrağımıza hörmətlə yanaşmağı, hər zaman dövlətçiliyimizin qorunmasına çalışmağı, bayrağımızı həmişə şərəflə uca tutmağı tövsiyə ediblər.