“Alan” Dövlət Rəqs Ansamblı Bakıda FOTOLAR

5 Noyabr 2016 09:43 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Şimali Osetiyanın "Alan" Dövlət Rəqs Ansamblının konserti olub. SİA-nın məlumatına görə, "Alan" müxtəlif illərin konsertlərindən ən yaxşı xoreoqrafiya nümunələrini təqdim edib. Ansamblın repertuarına həm Osetiya, həm də Qafqazın digər xalqlarının milli rəqsləri daxildir. Geyimlər, habelə orkestr və mahnı müşayiəti ansamblın çıxışlarına xüsusi kolorit verir.

Ansamblın bədii rəhbəri Şimali Osetiya Respublikasının Xalq Artisti Timur Sikoyevdir.

Yetmiş yaşlı "Alan" Dövlət Rəqs Ansamblının kollektivi bu illər ərzində dünyanın müxtəlif ölkələrində Osetiya mədəniyyətini təqdim edib və milyonlarla insanın qəlbinə yol tapıb.

"Alan"ın hər bir çıxışı osetin xalqının tarixini və taleyini əks etdirən kompozisiya təsiri bağışlayır.