Ağstafada yol qəzası baş verib

5 Noyabr 2016 00:56 (UTC+04:00)

Gecə saatlarında Ağstafa şəhəri ərazisində yol qəzası qeydə alınıb. "VAZ 21 07" markalı maşınla "VAZ 21 09" markalı avtomobil toqquşub. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.