Azərbaycan şou-biznes camisində hər zaman fərqlilik etməyi bacaran əməkdar artist Elza Seyidcahan yenə ənənəsinə sadiq qalıb. SİA-nın məlumatına görə, o, bu dəfə daha bir maraqlı şeirini təqdim edərək hər kəsi təəccübləndirə bilib.
Əməkdar artistin həmin şeirini təqdim edirik:
Ağlamağa vaxtım yoxdur,
İstəmirəm o vaxtı.
Oturmağa halım yoxdur,
İstəmirəm o taxtı.
Sındırmağa qozum yoxdur,
Sındırıram fındığımı.
Tozum yoxdur çırpmağa,
Sözüm çox çığırmağa.
Ağlamağa vaxtım yoxdur,
İstəmirəm o yaşı,
İstəmirəm o yaşı..