O erməni, bu erməni

2 Noyabr 2016 16:45 (UTC+04:00)

(Mirzə Sakitə ithaf edirəm)

Mirzə Sakit oyur-oyur

Oynayaraq, qədəm qoyur

Niderlandda aşxanaya, xaşxanaya,

Deyir burda qarnı doyur.

Pərvaz edir könül quşu,

Saya salmır Xədicəni, nə Leylanı,

Vəsf eləyir "minagərdən" Haykanuşu.

Liderlərin Kərimli və İsa Qəmbər,

Siyasətdə dozanqurdu, xalis əntər.

Əllərinə əsa alıb,

Boğazına torba salıb,

Namünasib yerə varar,

Daim maddi yardım arar,

Hər biri arar kirvəni,

O erməni, bu erməni.

Hakimiyyət deyən kəslər,

Köməyə yadelli səslər.

Əli, İsa, Cəmil, Arif

Göstərər haya həvəslər.

Bu puç xəyal əzir səni,

O erməni, bu erməni.

Orda İsa, burda Əli,

Cəmildi "şura"da bəlli.

Hər birisi dığafason,

Hər birisi bəd əməlli.

Pullarını basıb yeyib,

Lütkom etdilər əməlli.

Sənə verib yüz sitəmi,

O erməni, bu erməni.

Xədicə lüt kef-damaqda,

Od vurub öz libasına.

Leyla Yunis oynamaqda,

Sarkisyanın havasına.

Çaşdırarmı bu sirr məni?

O erməni, bu erməni.

Leyla Xədicəyə dayaq,

Nalə çəkib, baş aparır.

Hər ikisi axçisayaq,

Qoşa vay-şivən qoparır.

Cana yığır səni, məni,

O erməni, bu erməni.

Beş-üçü "cəbhə" deyəndə,

Biri deyir "Milli Şura".

Bir-ikisi çəkib "urra",

Daim sosial şəbəkədə,

Gəncləri salırlar "tora".

Bu "liderlər" üzür məni,

O erməni, bu erməni.

Cəbhə, "şura", həm Müsavat,

O müqəssir, bu vinavat.

Onların ön cərgəsində

Lider obrazını yarat!

Liderlərin tən erməni,

Mütəmadi edib qələt,

Şadlan, öz kefini kökəlt!..

Olanacan şən erməni.

Dediyim odur ki, yəni

O erməni, sən erməni.