Azərbaycanlı bəstəkar məşhur şairin qızı ilə bir araya gəldi FOTOLAR-EKSKLÜZİV

2 Noyabr 2016 10:05 (UTC+04:00)

Bəstəkar Ruslan Əhmədoğlu yeni iş birliyi qurduğu sənətçidən söz açıb. Bu haqda SİA-ya bəstəkarın özü məlumat verib: "Tanınmış şair Vüqar Əhmədin xanəndə qızı Almaxanımla bir araya gəlmişik. Belə ki, onunla yeni mahnı üzərində çalışırıq. Bəstənin sözləri və musiqisi mənə, aranjemanı İlkin Valehoğluna aiddir. Mahnı "Qayıdacaqsan" adlanır. Almaxanım bəstəni tezliklə dinləyicilərin ixtiyarına verəcək".