Prostat vəzinin ən sadə və ən keyfiyyətli təbii bitkilərlə müalicəsi

1 Noyabr 2016 05:01 (UTC+04:00)

Kişilərin ölümü- Prostat vəzi xəstəliyinin ən sadə və ən keyfiyyətli təbii bitkilərlə müalicəsi.

SaqlamHeyat.az xarici mətbuata istinadən bildirir ki, prostat, və ya prostat vəzi, kişilərin nəsilartırma və seksual funksiyalarında aktiv iştirak edən daxili cinsiyyət üzvdür. 40 yaşdan başlayaraq onda xoşagəlməz metamorfozlar prosesslər başlayırlar: onun qabığı tədricən bərkiyir, vəzin ölçüsü böyüməyə başlayır.

Məhz prostatın bu cür böyüməsi adenoma, prostatın hipertrofiyası və ya prostat vəzinin xoşxassəli hiperplaziyası (PVXH) adlanır.

Bu xəstəlik kişilərdə 40 yaşında 20, 60 yaşında 70 və 80 yaşında 90 faiz təşkil edir.

Xəstəliyin türkəçarə yolu ilə müalicəsi

1 səkan mixək götürülüb, qəhvə üyüdənlə üyüdülür və 0,5 kq balla qarışdırılır. Qoz kimi yumrulanır, səhər, günorta və axşam qəbul edilir.

***

Soğan qabığı dəmlənir, yeməkdən 30 dəqiqə əvvəl olmaqla gündə 3 dəfə qəbul edilir. Müalicə üsulu 5 gün davam etdirilir, 5 fasilə verilir və fasilə vaxtı duz vannaları qəbul edilir. Kətan parçası duzlu suda isladılır və aşağı ətraflara bükülür. 5 gün davam etdikdən sonra növbəti 5 gün soğan dəmləməsi içilir.

***

Gün ərzində 20-30 ədəd balqabaq toxumu yeyilməsi də yaxşı təsir göstərir.

***

Şaxtagülü və novruzgülü bitkilərindən də istifadə etmək olar.

***

Teamen çayından istifadə də məsləhətlidir.

***

Badyan cövhərində 5-6 ay müddətində qəbul etmək çox yaxşı kömək edir.