Goranboy rayonunun Hazır Əhmədli kəndində yol qəzası baş verib. 1952-ci il təvəllüdlü Babayev Vidadi Həbib oğlunu yolu keçmək istəyərkən avtomobil vurub. Rayon Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, V.Babayev dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan dünyasının dəyişib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov