Bu günə qədər bir çox fərqli tətbiqləri özündə toplayan Snapchat indi də Facebook istifadəçilərini əyləndirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, kamera tətbiqini yeniləməyə hazırlaşan Facebook son dövrün ən məşhur tətbiqi olan Snapchatdakı effektlərdən istifadə edəcək.
.jpg)
Effektlər arasında animasiya, selfi maskaları, müxtəlif qrafiklər, və fərli filtrlərdən istifadə olunacaq. Facebookun " yeni kamera" adlandırdığı yeni tətbiqdən istifadə etmək üçün xəbər qaynağında ekranı sağa sürüşdürməklə istifadə etmək mümkün olacaq.
.jpg)
Belə ki, yeni kamera xüsusiyyəti ilə xəbər tunelinə məzmun ata biləcəyiniz kimi, fotolarınızı özünüz təyin edəcəyiniz şəxslərə göndərmək də mümkün olacaq. Hazırda İrlandiyada bəzi istifadəçilər üzərində test edilən yeni kamera tətbiqi, önümüzdəki günlərdə qlobal olaraq bütün istifadəçilərə təqdim ediləcək.
.jpg)