Aygün Kazımova: "Namiq özünü belə aparmaqla, düz eləmirsən"

28 Oktyabr 2016 15:37 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova müğənni qızı İlqarədən danışıb. SİA-nın məlumatına görə, o, bu barədə verilişlərin birində söz açıb: "İlqarəni hələ ərə verməyi düşünmürük. Belə xoş xəbər yoxdur. Amma xəbər yayılmışdı ki, İlqarə ailə qurub. Amma yalandır. Hər şey qismətdən asılıdır. Onu da qeyd edim ki, mənimlə demək olar ki, yaşıd olan və ya məndən balaca olan sənət dostlarımdan tez ailə qurmuşam. Onlar məndən sonra ailə qursalar da artıq nənə və babadırlar".

Aygün xanım son zamanlar qalmaqal yaşadığı duet ortağı Namiq Qaraçuxurludan da söz açıb: "Namiqlə problemim yoxdur. Namiqdən fərqli olaraq onun haqqında danışıram. Hətta eşqimiz barəsində də ".

Sənətçi Namiq Qaraçuxurlu ilə yenidən duet oxumaq istədiyini də dilə gətirib: "Namiqlə duetimiz ola bilməz. Çünki ona duet oxumağımız üçün təklif olundu. O, söz-söhbətlərdən çəkindiyi üçün bu təklifi qəbul etmədi. Amma Namiqə demək istəyirəm ki, cəsarətli ol. Bu bizim işimizdir. Özünü belə aparmaqla, düz eləmirsən".