Tanınmış müğənnin xəstəxanadan FOTOSU

26 Oktyabr 2016 14:58 (UTC+04:00)

Tanınmış türk müğənnisi Işın Karaca "İnstagram" səhifəsində paylaşdığı fotolarla, sevənlərini kədərləndirib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, xəstəxanadan fotolarını paylaşan məşhur anemiya (qan azlığı) xəstəliyindən əziyyət çəkir.

Qeyd edək ki, sənətçi ağır vəziyyətdə olmadığını, sadəcə profilaktik müalicə aldığını fanatlarının diqqətinə çatdırıb.