Daxili orqanında heroin aşkar edildi

26 Oktyabr 2016 14:58 (UTC+04:00)

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

SİA-nın məlumatına görə, yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) bir ədəd bükümdə, xalis çəkisi 17,785 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.