Xeyli müddətdir ki, müğənni Şəbnəm Tovuzlunun dünyaya gələcək övladının atasının kimliyi mətbuatda gündəm mövzusuna çevrilib. Bəzi saytlar həmin şəxsin kim olduğu barədə yazıb. Materialda qeyd edilir ki, sözügedən şəxs Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Eyvaz Əsgərovdur.

Məsələ ilə bağlı olaraq sənətçinin özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən ifaçı xəbəri təkzib etdi: "Mən hamilə xanımam. Belə yalnış məlumatlara görə, stress keçirirəm. Yalan xəbər yayan saytları məhkəməyə verəcəm. Uşağımın atası Eyvaz Əsgərov deyil. Həmin şəxsi də tanımıram. Bu xəbər yəqin həmin insan üçün də problem yaradıb. Ailəsində narazıçılıq olub".
Qeyd edək ki, sənətçi bir müddət öncə açıqlamasında uşağının atasının Hacı Rafiq adlı biri olduğunu söyləmişdi.