Bosniya və Hersoqovinanın Serb Respublikasında (RS) Xalq Məclisi hiddət doğuran bir sənədə imza atıb. Quruluşunun 25-ci ili münasibəti ilə təşkil edilən mərasimdə hərbi cinayətlər törətməkdə müqəssir bilinərək həbs edilən Radovan Karadziç, Momcilo Krajisnik və Biljana Plavsicə RS adından təşəkkür məktubu ünvanlanıb. SİA-nın verdiyi məlumata görə, Xalq Məclisinin qurulması münasibətilə təşkil edilən tədbirə Bosniya və Herseqovina Dövlət Başçısı Şurasının serb üzvü Mladen İvanic, RS sədri Milorad Dodik, RS Baş naziri Zeljka Cvijanovic, nazirlər, məclisin köhnə başçıları, məhkəmə mənsubları, diplomatlar və Ortodoks din adamları qatılıb.
RS Xalq Məclisinin sədri Nedeljko Cubrilovic Sarayevoda Bosniya və Herseqovina Serb Xalq Məclisinin 24 oktyabr 1991-ci ildə qurulduğunu xatırladaraq RS-nin xalqın iradəsi ilə qurulmuş hüquqi və siyasi bir birlik olduğunu vurğulayıb. Cubrilovic çıxışı zamanı məclisin işlərinə verdikləri dəstəyə, gördükləri işlərə görə, bəzi şəxslərə və təşkilatlara təşəkkür sənədləri təqdim edib.
Təşəkkür sənədi verilən adlar arasında daha əvvəl Məclisə başçılıq edən, müharibə cinayətləri törətmiş Momcilo Krajisniklə yanaşı RS-nin ilk başçısı Radovan Karadziç və köməkçiləri Biljana Plavsic ilə Nikola Koljevicin adları yer alıb.
Hələ də həbsxanada olan Karadziç Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən 40 il həbsə məhkum edilib. 20 il həbs cəzası verilən Krajisnik 2013, 11 il həbsə məhkum edilən Plavsic isə 2009-ci ildə sərbəst buraxılıb.
Haaqa həbsxanada olan Karadziçin təşəkkür sənədini RS Xalq Məclisində prezident köməkçisi olan qızı Sonja Karadziç Jovicevic alıb.