Dünən futbol üzrə Türkiyə superliqasında 8-ci turun oyunlarına yekun vurulub. Son oyun günündə bir qarşılaşma keçirilib.
"Fənərbaxça" səfərdə "Konyaspor"un qonağı olub. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0. Emanuel Emenike matçın 25-ci dəqiqəsində penaltidən fərqlənib. Bu qələbə ilə xalını 12-ə çatdıran İstanbul klubu 5-ci pilləyə yüksəlib.
Qeyd edək ki, ilk pillənin sahibi 20 xalla "Başakşəhər"di. İkinci pillədə olan "Beşiktaş"ın da 20 xalı var. "Qalatasaray" isə 17 xalla üçüncüdür.