“Vaxta qənaət, kitaba məhəbbət”

20 Oktyabr 2016 11:11 (UTC+04:00)

Azərbaycan Republikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatı dəstəyi ilə "Vaxta qənaət, kitaba məhəbbət" layhəsinin növbəti 2 təlimi ERA Tam Orta Ümumtəhsil məktəbində baş tutub. Təlim müddətində peşəkar təlimçi Aytəkin Əsgərova tərəfindən şagirdlərə sürətli oxuma anlayışı, oxumağı hansı vasitələrlə sürətləndirmək olar, sürətli oxumağın beyinə və yaddaşa təsiri, həmçinin beyin xəritələri və onların işlənmə mexanizmləri barədə məlumat verilib. Təlimin sonunda şagirdlərin oxuma sürətli müəyyən test tapşırıqları vasitəsilə yoxlanılıb.

Layihənin əsas məqsədi son zamanlarda trendə çevrilmiş sürətli oxuma, beynin daha effektiv istifadəsi, beyin xəritələri ilə bağlı seminar-təlimlərlə bu sahə haqqında məlumatların verilməsi və ilkin texnikaların tədrisidir.