Bergüzar və Halit Faransada birgə çəkildikləri filmi təqdim etdilər FOTOLAR

20 Oktyabr 2016 11:05 (UTC+04:00)

Fransanın Kanna şəhərində dünyanın ən böyük televiziya festivalı MİPCOM-da Bergüzar Korel və Halit Ergenç birgə çəkildiləri "Vatanım sensin"i təqdim ediblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Fransa mediası cütlükdən yazaraq, onların ailə qurduqdan sonra ilk dəfə kamera qarşısına birgə keçdiklərini qeyd ediblər.