Azərbaycanlı sahibkarlar Cokcakartanın iş imkanları ilə tanış olub

19 Oktyabr 2016 12:11 (UTC+04:00)

İndoneziyada səfərdə olan azərbaycanlı iş adamları bu ölkənin Cokcakarta şəhərinə səfər edib. SİA-ya İndoneziyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, nümayəndə heyəti bu şəhərin sultanı Sri Sultan Haamenkqu Buvono və Ticarət-Sənaye Palatasının rəhbərinin müavini Vavan Hermavan ilə görüşüb. Əsasən sənaye və təhsil şəhəri olan Cokcakarta barədə sahibkarlara geniş məlumat verilib. Daha sonra azərbaycanlı iş adamları bu şəhərdə istehsal olunan məhsullarla tanış olublar , tikiş fabrikində olublar və yerli sahibkarlarla görüşüblər. və indoneziyalı biznesmenlərlə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Qeyd edək ki, iş adamlarını İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bəy Fənani müşayət edir