Mənzil bazarındakı son vəziyyət

18 Oktyabr 2016 16:35 (UTC+04:00)

Bu ilin III rübündə Azərbaycanda II rüblə müqayisədə mənzil bazarında qiymətlər 0,8% artıb. SİA-nın Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən ilkin mənzil bazarında 0,9%, təkrar mənzil bazarında isə 0,8% bahalaşma qeydə alınıb.

Ötən ilin III rübü ilə müqayisədə isə mənzil bazarında 2,7% ucuzlaşma, o cümlədən ilkin mənzil bazarında 4,0% artım, təkrar mənzil bazarında 2,8% azalma müşahidə olunub.