“Sport Time” jurnalının payız sayı nəşr olunub

17 Oktyabr 2016 16:18 (UTC+04:00)

Ölkəmizin idman siyasətinə xidmət göstərən "Sport Time" jurnalının payız sayı nəşr olunub. SİA-nın verdiyi məlumata görə, jurnalda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi görüşləri, idmançılarımızın Rio Olimpiadasında əldə etdikləri nəticələr, idman ictimaiyyətinin tanınmış nümayəndələrinin müsahibələri yer alır.

Qısa zamanda idmansevərlərin sevimli jurnalına çevrilən "Sport Time" maraqlı rubrikaları ilə də oxuculara təqdim olunub.