MMP sədri: “İsa Qəmbərov satıqının və avaranın biridir” AÇIQLAMA

15 Oktyabr 2016 11:12 (UTC+04:00)

"Ümumiyyətlə İsa Qəmbərov satıqının və avaranın biridir. Bu şəxsin nə dərrakəsi, nə də ağlı yoxdur. O hər zaman başını xəyanətə işlətmiş bir adam olub". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan milli hakimiyyətinin çöküşündə xidmətləri olan nömrəli adamdır: "İsa Qəmbər hər zaman xarici agenturaya işləyib və bu gündə işləyir.Ona görə də orada olan saf əqidəli müsavatçıların əksəriyyəti bu gün bizim yanımızdadılar. Bu insan sadəcə olaraq siyasi alverçinin biridir. Bu gün Müsavat partiyasında heç kim qalmayıbsa Arif Hacıyevin qardaşları ilə Qəmbərov İsa şahmat oynayırsa bunlardan nə ola bilər. Görün bunlar nə qədər axmaqdırlar. Bu mənada Qəmbərov İsanın yenidən partiya sədrliyinə gətirilməsi heç nəyi dəyişməyəcək. Onun milliyəti də heç bizdən deyil".