Masazırda maşın piyadanı vuraraq qaçıb

15 Oktyabr 2016 02:37 (UTC+04:00)

Bir neçə saat bundan əvvəl Bakının Abşeron rayonunun Masazır qəsəbəsində bir naməlum maşın piyadanı vuraraq qaçıb. Axar.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, piyada hadisə yerindəcə keçinib. Hadisə Masazır qəsəbəsinin Qurtuluş-93 yaşayış massivi yaxınlığında baş verib. Polis əməkdaşları hadisə yerindədir, sürücünün tapılması istiqamətində əməliyyata başlanılıb.