Milli komandamızın kapitanı ailə həyatı qurdu

6 İyun 2011 15:05 (UTC+04:00)

Voleybol üzrə Azərbaycan milli komandasının kapitanı Oksana Parxomenko ailə həyatı qurub. Siasport.az saytı xəbər verir ki, idmançımız iyunun 4-də statistik məşqçi Onat Kurtla İstanbulda nigah bağlayıb.
Kalender Orduevində düzənlənən nigah və toy mərasimində Oksananın nigah şahidi Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, "Fənərbaxça"nın İdarə Heyətinin üzvü Yasemin Merçil və Demet Kutluay, Onat Kurtun nigah şahidi isə Acıbadem Sağlık Qrupunun İdarə Heyətinin rəhbəri Mehmet Ali Aydınlar, "Fənərbaxça"nın İdarə Heyətinin üzvü Hakan Dinçay və basketbolçu İbrahim Kutluay olub. Mərasimdə 300-ə yaxın qonaq iştirak edib.