Güllə atıcılığı üzrə Azərbaycan çempionatına yekun vurulub

6 İyun 2011 14:00 (UTC+04:00)

Respublika Stend Atıcılığı Kompleksində güllə atıcılığı üzrə Azərbaycan çempionatına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, qadınların yarışında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə Nigar Bağırova qalib gəlib. Kişilər arasında isə bu məsafədə ən yüksək nəticəni Rəsul Məmmədov göstərib.