Beckwith Wiedemann (uşaqlarda dilin normadan böyük olması) sindromu ilə dünyaya gələn körpə dilinin böyüklüyündən boğulma təhlükəsi ilə üz-üzə qalıb.
SİA-nın xarici mətbuata istinadən məlumatına görə, sosial şəbəkədə yayılan məlumatda bildirilir ki, Paisley Morrison-Conson adlı körpənin dili yetkin insan dili ölçüsündə olub. 14 min nəfərdən birində rast gəlinən xəstəlik ucbatından uşağın nəfəs alması və qidalanması olduqca çətin olub. Doğulduğu ilk həftəni oksigen balonu ilə nəfəs alan körpə 6 ayına qədər mədəsinə quraşdırılan boru ilə qidalanıb. Birinci əməliyyatından sonra kabusdan canını qurtara bilməyən qızcığaz, 6 ayından sonra valideynlərinin qərarı ilə yenidən əməliyyat keçirib. Uğurlu keçən əməliyyat sonrası körpə həyatında ilk dəfə gülümsəyib.
Qeyd edək ki, hazırda 6 aylıq olan körpə, artıq ilk sözlərini deməyə başlayıb.

