AFFA Futbol Mərkəzinin və “Dalğa Arena”nın açılış mərasimi keçirilib

6 İyun 2011 12:56 (UTC+04:00)
Bu gün Mərdəkan qəsəbəsində AFFA tərəfindən inşa olunmuş AFFA Futbol Mərkəzinin, eyni zamanda bu mərkəzə daxil olan "Dalğa Arena"nın açılış mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, tədbirdə FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini, AFFA-nın prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.
Rəmzi qırmızı lent kəsildikdən sonra Futbol Mərkəzi və "Dalğa Arena" ilə tanışlıq olub.