Futbol üzrə Türkiyə milli komandası, dünən \"Avro 2012\" çərçivəsində səfərdə Belçika millisi ilə üz-üzə gəlib. Siasport.az saytı xəbər verir ki, səfərdə keçirilən qarşılaşma Türkiyə millisi üçün əsl ölüm-dirim xarakteri. Çünki, əgər qardaş ölkənin komandası bu qarşılaşmanı uduzsaydı, demək olar ki, qrupdakı ikincilik şansını da tamamilə əldən verməli olacaqdı. Qələbə qazanmaq çox vacib, amma ən pis halda bərabərlik də Türkiyə millsinin işinə yarayacaqdı. Qarşılaşma başlayan kimi Belçika yığması sürətli hücumlara başlayıb və bunun məntiqi nəticəsi kimi isə artıq 4-cü dəqiqədə Belçikalı futbolçu Oguncimi hesabı açıb. Vurulan qoldan sonra özünə gələn \"ay ulduzlular\", 22-ci dəqiqədə Arda Turanın mükəmməl ötürməsini qola çevirən Burak Yılmazın sayəsində hesabı bərabərləşdiriblər.
Qarşılaşmanın 75-ci dəqiqəsində isə Türkiyə millisinin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Amma Witsel topu nədənsə qapının üstünə istiqamətləndirib. Bu epizodda, sözün əsl mənasında \"şans mələyi\"nin Türkiyənin tərəfində olduğunu açıq şəkildə qeyd etmək lazımdır. Belçika ilə qarşılaşmadan 1 xalla dönən Türkiyə millisinin 2012-ci ildə Polşada və Ukraynada keçiriləcək Avropa çempionatına qatılmaq şansları çox yüksəkdir.Dünən gecə \"Avro 2012\" çərçivəsində bir sıra maraqlı qarşılaşmalar da keçirilib. Keçirilən görüşləri və qeydə alınan nəticələri diqqətinizə çatdırırq.
Qazaxıstan - Azərbaycan - 2:1
Qollar: Sergey Qridin, 58 (1:0), Vüqar Nadirov, 63 (1:1), Sergey Qridin, 68 (2:1)
Avstriya - Almaniya - 1:2
Qollar: Mario Qomes, 44 (0:1). Arne Fridrix, 50-avt. (1:1). Mario Qomes, 90 (1:2)
Belçika - Türkiyə - 1:1
Qollar: Marvin Oqunjimi, 4 (1:0). Burak Yılmaz, 22 (1:1)
C qrupu
Farer adaları - Sloveniya - 0:2
Qollar: Tim Matavj, 29 (0:1). Roqvi Baldvinsson, 47-avt. (0:2)
İtaliya - Estoniya - 3:0
Qollar: Cüzeppe Rossi, 21 (1:0). Antonio Kassano, 39 (2:0). Campaolo Patsini, 68 (3:0)
F qrupu
Xorvatiya - Gürcüstan - 2:1
Qollar: Jaba Kankava, 17 (0:1). Mario Mancukiç, 76 (1:1). Nikolya Kaliniç, 78 (2:1)
İ qrupu
Lixtenşteyn - Litva - 2:0
Qollar: Filipp Erne, 6 (1:0). Mişel Polverino, 36 (2:0)
D qrupu
Rumıniya - Bosniya və Herseqovina - 3:0
Qollar: Adrian Mutu, 37 (1:0). Çiprian Marika, 41 (2:0). Çiprian Marika, 55 (3:0)
Qollar: Erik Abidal, 20-avt. (1:0). Floran Maluda, 22 (1:1)
E qrupu
Qollar: Ola Tayvonen, 11 (0:1). Yohan Elmander, 30 (0:2). Sebastian Larsson, 58 (0:3). İqor Buqayev, 61 (1:3). Aleksandr Gerndt, 90 (1:4)
San-Marino - Finlandiya - 0:1
Qol: Mikael Forsell, 41 (0:1)