Berti Foqtsun mətbuat konfransının vaxtı dəyişib

4 İyun 2011 13:20 (UTC+04:00)
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun iyunun 5-də, saat 20:00-da "Aeroport otel"də keçirilməsi nəzərdə tutulan mətbuat konfransının vaxtı dəyişdirilib. Siasport.az saytı xəbər verir ki, mətbuat konfransı iyunun 5-də, saat 12:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Xatırladaq ki, həmin gün saat 10:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda millinin mətbuat üçün açıq məşqi olacaq.