Kamran Ağayev: "Mən özüm də başa düşə bilmirəm ki, qazaxlar həmin qolları bizə necə vurdular"

4 İyun 2011 11:55 (UTC+04:00)
Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində üzləşdiyimiz Qazaxıstan yenilgisinə münasibət bildirib. Siasport.az saytı xəbər verir ki, azerisport.az-a açıqlamasında qapıçımız Astana uğursuzluğunu belə şərh edib: "Mən özüm də başa düşə bilmirəm ki, onlar həmin qolları bizə necə vurdular. Oyundan öncə kağız üzərində biz onlardan hər şeydə üstün idik. Amma oyunda hər şey tərsinə oldu. Mən çox təəssüflənirəm ki, belə məğlubiyyətlə üzləşdik. Çalışmalıyıq ki, Almaniya ilə oyuna bərpa olaq".