Minalanmış avtomobil konvoya çırpıldı 20 ölü

12 Oktyabr 2016 18:44 (UTC+04:00)

Nigeriyanın Borno ştatının inzibati mərkəzi Mayduquru şəhərində törədilmiş partlayış nəticəsində azı səkkiz nəfər həlak olub. Bu barədə Reuters agentliyi məlumat yayıb. Partlayış minalanmış avtomobilin konvoyla gedən taksiyə çırpılması nəticəsində baş verib. Bəzi xarici KİV-lər ölənlərin sayının 20 nəfərə çatdığını bildirirlər.

Regiondakı terror qruplaşmalarından heç biri partlayışın məsuliyyətini üzərinə götürməyib.