"Turan Tovuz” və “Qaradağ Lökbatan” 1/8 finalda

12 Oktyabr 2016 16:30 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start verilib. SİA-nın məlumatına görə, 1/16 final mərhələsində 2 oyun keçirilib. "Turan Tovuz" "Bakılı"nı, "Qaradağ Lökbatan" isə "Şəmkir"i məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, "Turan Tovuz" 1/8 finalda "Zirə", "Qaradağ Lökbatan" isə "İnter"lə üz-üzə gələcək.

12 oktyabr

Azərbaycan kuboku

1/16 final

"Turan Tovuz" - "Bakılı" 4:0
Qollar: Rəhman Musayev, 27, 61, 68, Tuqay Alhüseynli, 71
Tovuz şəhər stadionu

"Şəmkir" - "Qaradağ Lökbatan" 1:2

Qollar: Rüfət Məmmədov, 42 (0:1), Şahin Baleljae, 44 (1:1), Bəxtiyar Soltanov, 90 (1:2)
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu