Şəmkir sakini bıçaqlanıb

12 Oktyabr 2016 15:20 (UTC+04:00)

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Dəllərqəsəbə sakini 1978-ci il təvəllüdlü Teymur Məmmədov qarın nahiyəsindən kəsilmiş, deşilmiş yara ilə dərhal xəstəxanaya yerləşdirilib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından SİA-nın bölgə müxbirinə verilən məlumata görə, T.Məmmədov bıçaqlanan zaman sərxoş olub. Hazırda yaralının vəziyyəti orta ağırdır.

Qeyd edək ki, polis əməkdaşları Teymur Məmmədovun kim tərəfindən bıçaqlandığını araşdırır.

İlham Məmmədov