Gənclər arasında açıq çempionat keçiriləcək

3 İyun 2011 15:23 (UTC+04:00)

İyunun 16-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş taekvondo üzrə gənclər arasında "Sərhdçi" İdman Olimpiya Mərkəzinin açıq çempionatı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, idmançılar Azərbaycan Taekvondo Federasiyasının dəvətilə yarışda iştirak edəcəklər.

Açıq çempionatda 1994/96-ci illər təvəllüdlü oğlan və qızlar mübarizə aparacaqlar. Taekvondoçular hər birində 8 nəfər olmaqla 10 çəki dərəcəsində tatamiyə çıxacaqlar.