Almaniya yığmasının futbolçuları yeni mövsümdən fərqli geyimdə meydana çıxacaqlar

3 İyun 2011 14:17 (UTC+04:00)
Almaniya yığmasının futbolçuları yeni mövsümdən fərqli geyimdə meydana çıxacaqlar.Siasport.az saytı xəbər verir ki, Almaniya millisinin yeni geyimləri artıq dəqiqləşib. Futbolçuların geyinəcəkləri formaların Almaniya mətbuatında şəkilləri dərc olunub. Komanda rəqib meydanında keçirəcəkləri matçda 1970-ci illərdə olduğu kimi yaşıl rəngli formayla mübarizə aparacaq.